Ankarada həyəcan bitmir. Rus səfirinin öldürüldüyü yerin yaxınlarında yerləşən ABŞ səfirliyinin yaxınlığında bir nəfər tüfəngdən havaya atəş açıb. Yeniçağ.Az xəbər verir ki, Türkiyə saatı ilə 04.00 radələrində səfirliyin yaxınlığına gələn Şahin S. adlı şəxs paltosunun içində gizlətdiyi silahından atəş açıb.
Şahin S. səfirliyin təhlükəsizlik xidməti tərəfindən zərərsizləşdirilərək, polisə təhvil verilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib: “İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirildiyi əraziyə yaxın yerdə baş verən hadisə ətrafda ciddi narahatlığa səbəb olub.
Polis hazırda hadisəni araşdırır.
Yeniçağ.Az