Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“İndi heç qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir” - Baş məşqçi

Reklam: High Technic

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, “Sumqayıt”ı qəbul edən “Keşlə” doğma meydanda 1:0 hesabıyla qalib gəlib.

Qarşılaşmadan sonra “Keşlə”nin baş məşqçisi Yuri Maksimov mətbuat konfransında maraqlı fikirlər səsləndirib:

“Bizim yalnız kubokda şansımız qalır. Təbii ki, çempionatda da yaxşı oynamağa çalışacağıq. Amma bəzi problemlərimiz var. Slavik Alxasov və Denis Silva bu gün zədə aldı. Ola bilsin, çempionat oyununda bəzi oyunçulara istirahət şansı verdim. Futbolçuların da bəzilərinin müqavilə müddəti bitir. Bəzi futbolçuların 1 aylıq müqaviləsi qalıb. Buna görə, onları oyuna kökləmək bir qədər çətin olur. Futbolçular gələcəklərini düşünürlər. Onlar zədələnmək istəmirlər”.

Maksimov bildirib ki, özü də yayda başa çatacaq müqaviləsini yeniləməyi düşünmür: “- Komanda qalacaq. Ancaq büdcə necə olacaq, bəlli deyil. Bunun üçün bizə qələbə lazımdır. Amma komanda hətta avrokubokara vəsiqə qazansa belə, yenə gedəcəm. Pul problemi var. Heç klub prezidenti özü necə olacağını bilmir. Bilirsiniz, indiki məqamda hətta qadın da öz həyat yoldaşı ilə pulsuz yaxınlıq etmir”.

www.yenicag.az

802
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS