Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İndi neyləyək, açaq-buraxaq?”- Baş infeksionistin TƏKLİFİNƏ REAKSİYA – Partiya sədri

“Bakının yükünü hər hansı yolla azaltmaq lazımdır. Amma birbaşa açaq-buraxaq, bu, düzgün deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin “yolları açmaq, Bakıda əhalini azaltmaq lazımdır” fikrinə münasibət bildirərkən deyib.

Partiya sədri bu barədə düşünməyi məqbul sayıb:

“Maraqlı, düşünüləsi, müzakirə olunası mövzudur. Bir tərəfdən Bakının yükünü azaltmağa dəyər. Çünki yaydır, istidir, bu proses artıq psixoloji cəhətdən də insanları yorur, düşünüb, müzakirə edib, bir yolunu tapmaq lazımdır. Amma digər tərəfdən kim zəmanət verə bilər ki, onların bəziləri xəstə olmayacaq. Bəziləri gedib evlərdə qala biləcəklər. Bəs oteldə və digər yerlərdə qalanlar necə olacaq?

Koronaviruslu xəstələr gedib bölgələrdəki insanları da yoluxdura bilər. Bunun məmuru, jurnalisti, digər peşə sahibi var, hamısı deyəcək ki, işlə bağlı gedirəm”.

Y. Oğuz hesab edir ki, koronavirus testindən keçərək, məsələni həll etmək mümkündür:

“Rayonlara gedənlər ən azı testdən keçə, onlara koronavirusun olmaması ilə bağlı arayış verilə bilər. Bu, təklif etdiyim bir çıxış yoludur. Digərlərini də düşünüb, müzakirə etmək olar”.

Cəvahir

www.yenicag.az

1961