!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“İndi nöybə sənindür aa Kərbəlayi” - Mənfi rolları ilə nifrəti sevgiyə çevirən XALQ ARTİSTİ

!Reklam – Yazi

“Abbasqulu bəyin nazıyla çox oynuyuruğ aa, Kərbəlayi”… “İndi nöybə sənindür, a Kərbəlayi”…

“Axırıncı aşırım” filmində Qəmlonun Kərbəlayi İsmayıla dediyi və sonradan dillər əzbərinə çevrilən bu məşhur frazanı təsadüfən xatırlamadıq. Filmin əsas qəhrəmanlarından olan Qəmlonun obrazını məharətlə yaradan Xalq artisti, xarakterik rolların mahir ifaçısı Məlik Dadaşovun bu gün doğum günüdür.

O, adını kino tarixinə həm də mənfi rolların mahir ifaçısı kimi yazdırıb. Əlbəttə, müsbət qəhrəmanı oynamaq asandır. Əsas odur ki, mənfi obrazlarla tamaşaçı yaddaşında əbədi yaşaya biləsən. Bunu bacırırdı Məlik Ddadaşov. İstər teatr səhnəsində, istərsə də kinoda.

Akademik Milli Dram Teatrının səhnəsində dəfələrlə “Ölülər”də Şeyx Nəsrullah kimi tamaşaçı qarşısına çıxıb. Hər dəfə də alqışlarla qarşılanıb. “Axırıncı aşırım”da Qəmlo, “Fəryad”da mənfur erməni, “Dəli Kür”də Molla Sadıq obrazlarının mahir ifaçısı kimi bu gün də hafizələrdədir böyük aktyor.

“Axırıncı aşırım”dakı Qəmlo roluna görə aktyorun adı “Ən yaxşı kişi rolu” nominasiyasında keçmiş İttifaq festivalında mükafatçılar siyahısına salınmalı idi, amma bunu etmədilər. Bəhanələri də bu oldu ki, sovetlərin düşməni olan Qəmlo sovetin mükafatını ala bilməz. Amma əsas olan xalqın mükafatını, xalqın sevgisini qazanmaqdır. Bu xoşbəxtliyi sağlığında qazana bildi Məlik Dadaşov. Elə ona görə bu gün də sevilir, bu gün də xatırlanır.

Cəvahir

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv