!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İndiki halda Ukrayna və Cənubi Qafqaz arasında hər hansı paralellər aparmaq...” – REAKSİYA

!Reklam – Yazi

“Şarl Mişelin açıqladığı ardıcıllıqla qeyd olunan məsələlərin müzakirəsi o qədər də təbii qarşılanmır”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının (AŞ) sədri Şarl Mişel arasında baş tutmuş telefon danışığında Ukrayna, regional təhlükəsizlik və Cənubi Qafqaz məsələlərinin müzakirə olunmasını dəyərləndirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Şarl Mişelin timsalında Avropa strukturlarının Cənubi Qafqazdakı vəziyyətə daha obyektiv yanaşmalarına ehtiyac var:

“Azərbaycan prezidenti ilə Avropa Şurası rəhbəri arasında keçirilmiş telefon danışığı və müzakirələrin aparılması özlüyündə vacib məslədir. Bununla belə, Mişelin açıqladığı ardıcıllıqla qeyd olunan məsələlərin müzakirəsi o qədər də təbii qarşılanmır.

Bildiyiniz kimi, hazırda Ukraynada savaş gedir və vəziyyət son dərəcə mürəkkəbdir. İndiki halda Ukrayna və Cənubi Qafqaz arasında hər hansı paralellər aparmaq doğru deyil.

Cənubi Qafqazda isə 44 günlük Vətən müharibəsindən sonra yeni şərait yaranıb. Lakin yeni düzənin oturuşması məsələsində bizdən asılı olmayan yubanma müşahidə edilməkdədir.

Amma, təəssüf ki, Avropa Şurası və qitənin digər qurumları bu məsələyə töhfə verəcək addımlar atmağa tələsmirlər. Ona görə də mövcud vəziyyətdə Mişelin bu məsələlərə maraq göstərməsi anlaşılmır”.

A.Zeynalov

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv