!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İndoneziya sahillərində güclü zəlzələ baş verdi: Sakinlər yüksək ərazilərə qaçdı - FOTO

!Reklam – Yazi

İndoneziya sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika İnstitutu məlumat verib.

Zəlzələnin Qərbi Sumatra əyalətindəki Pariaman şəhərinin 170 kilometr cənub-qərbində, 18 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Zəlzələ zamanı insanlar arasında təşviş yaşanıb. Bölgə sakinləri sunami qorxusundan evlərini tərk edərək daha yüksək ərazilərə axışıblar.

Zəlzələ zamanı insan itkisi və dağıntılar barədə məlumat yoxdur.

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv