Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İnfarktın simptomları nələrdir?

İnfarktın ən çox görülən simptomu sinə ağrısıdır.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.

O bildirib ki, infarkt ilə müşayiət olunan bu ağrı tez-tez sinədən sol qola doğru yayılır.

“Hər sinə ağrısı infarkt deyil. Sinə ağrısının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərdən ən çox rast gəlinənlər həzm sistemi ilə bağlı inkişaf edən xəstəliklər, xoralar, öd kisəsində yaranan problemlər, ürək-skelet sistemi pozğunluqları sinə ağrısına səbəb ola bilər. Sinə ağrısı psixoloji əsasda da baş verə bilir. Məsələn, panik atak keçirən xəstələrin sinə ağrısından əziyyət çəkdiyi məlumdur” – deyə mütəxəssis qeyd edib.

İ.Tahiroğlu infarktın səbəblərini və qarşısının alınması yollarından da danışıb.

“İnfarkt ürəyə qan götürən damarlardakı tıxanıqlığa bağlı olaraq əmələ gələn ürəkdəki zədələnməyə verilən addır. Bütün orqanlar qan vasitəsi ilə qidalanır. Orqanlara qanın normal miqdarda getməməsi qidalanma pozğunluğunu meydana çıxarır və bu ürəkdə olduğu zaman infarkt baş verir. İnfarkta təkan verən müəyyən səbəblər vardır ki, onlara yüksək xolesterin, diabet, genetik faktorlar, siqaret, artıq çəki və piylənmə, alkoqol istifadəsi kimi hallar buna daxildir”, – deyə o bildirib.

www.yenicag.az

105
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100