!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnflyasiya dilemmasının qlobal bazarlara TƏSİRİ - Təhlükə bir addımlıqda

!Reklam – Yazi

Qlobal bazarlarda vəziyyət mənfiyə doğru dəyişməkdə davam edir.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, ABŞ-də tənəzzülün güclənməsi və inflyasiya dilemması qlobal bazarlara mənfi təsirini göstərməkdə davam edir.

Analitiklərə görə, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini gözlənildiyindən daha uzun müddət artıra bilər. Bu isə bazarda qiymətlərin formalaşmasına təsirsiz ötüşmür. Hətta ABŞ-də bir çox sahələrdə ixtisarların qaçılmaz olduğu proqnozlaşdırılır.

Bundan başqa, Avropa tərəfində makroiqtisadi sahədə də qeyri-müəyyənlik davam edir. Avropa İttifaqının sosial media şirkəti “Meta”nın fərdiləşdirilmiş reklam tətbiqini bloklamaq qərarından sonra şirkətin səhmlərinin qiyməti təxminən 5 faiz dəyər itirib.

Gülşən

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv