!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnformasiya bumuna məruz qalan insan düzgün bilginin əldə edilməsində çətinlik çəkir" - Vüqar Zifəroğlu

!Reklam – Yazi

“İnternetin inkişafı ilə mövzuların təqdimatında da müəyyən dəyişikliklər baş verdi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Dini mövzuda başlıca manipulyativ istiqamətlər və media” mövzusunda etdiyi məruzəsinda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlu insanların medianın diktə etdiyi gündəmi qəbul etdiyini vurğulayıb:

“Bu mənada, medianın hər zaman həssas yanaşdığı mövzulardan biri də dinlə bağlıdır. Bu mövzuda müxtəlif fikirlərə rast gəlirik. İnternetin inkişafı ilə mövzuların təqdimatında da müəyyən dəyişikliklər baş verdi. Məsələn, bu gün çox rahatlıqla “Google” axtarış sistemində dinə aid olan terminlərin axtarışını versək, milyonlarla informasiya qaynağı çıxır. Bunların içində nəyin doğru-yanlış, obyektiv və subyektiv olduğunu müəyyənləşdirmək çətindir. Bu da manipulyasiyalar üçün geniş imkanlar açır. İnformasiya bumuna məruz qalan insan düzgün bilginin əldə edilməsində çətinlik çəkir”.

www.yenicag.az

194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv