!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnformasiya təxribatları Rusiyanın Azərbaycana qarşı apardığı şüurlu siyasətin tərkib hissəsidir” – ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın bu siyasətə qarşı əks-təbliğat aparması üçün ciddi məqamlar var və hakimiyyət onlardan istifadə etməlidir”.

Bu fikirləri Rusiyanın informasiya müstəvisində Azərbaycana qarşı təxribatlarına ara verməməsini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, burada məqsəd ictimai rəyi hansısa yöndə hazırlamaqdır:

“Müasir dövrdə informasiya müharibəsinin əhəmiyyəti artdığı üçün Azərbaycan dövləti də bu çərçivədə ölkəyə qarşı yol verilən belə təxribatların qarşısını almağa çalışmalıdır. Mən hesab edirəm ki, bu təxribatlar Rusiyanın Azərbaycana qarşı apardığı şüurlu siyasətin tərkib hissəsidir. Burada məqsəd ictimai rəyi hansısa yöndə hazırlamaqdır.

Xatırlayırsınızsa, hələ səkkiz-doqquz il əvvəl Rusiyanın informasiya vasitələri Ukraynaya qarşı kampaniyaya başlamışdılar. Proseslərin davamında bu siyasətin nə ilə yekunlaşdığını hamı gördü.

Görünür, Rusiya bu siyasətilə Ukraynadan sonra Azərbaycan, yaxud da başqa bir ölkəyə qarşı müəyyən addımlar atmağı düşünür və ictimai rəyi indidən buna hazırlamağa çalışır. Azərbaycanın bu siyasətə qarşı əks-təbliğat aparması üçün ciddi məqamlar var və hakimiyyət onlardan istifadə etməlidir”.

A.Zeynalov

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv