!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngilis dilində danışığı ilə məşhurlaşan İbrahim pulsuz təhsil alacaq

!Reklam – Yazi

Polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə sosial şəbəkələrdə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalov Bakıdakı Türkiyə Beynəlxalq Maarif məktəbində ödənişsiz təhsil haqqında təklif alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə İbrahimin atası Bəhmən Zeynalov məlumat verib. B.Zeynalov onu da qeyd edib ki, İbrahim təklifi müsbət qarşılayıb.

Qeyd edək ki, MÜSİAD Azərbaycan və MÜSİAD İngiltərə 13 yaşlı İ.Zeynalovu Böyük Britaniyaya oxumağa göndərəcək.

Xatırladaq ki, İ.Zeynalovun sosial şəbəkələrdə Qubanın Xınalıq kəndində polşalı turistlə kənd haqqında maraqlı söhbəti yayılıb.

İbrahim sinifdə “ingilis dili çempionu” olduğunu bildirib. O, Türkiyədə oxumaq istədiyini, orada dostunun yaşadığını deyib.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv