Futbol üzrə Azərbaycan yığmasının İngiltərə millisi ilə ilk qarşılaşmasından 13 il ötür.
Yenicag.az xəbər verir ki, həmin tarixi qarşılaşma DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. Nyukasla keçirilən qarşılaşma britaniyalıların 2:0 hesablı qələbəsiylə başa çatmışdı. İlk yarıda qapısını toxunulmaz saxlayan millimiz yalnız ikinci hissədə Stiven Cerard (51-ci dəqiqə) və kapitan Devid Bekhemin (63) vurduğu qollara üzülmüşdü.
Həmin tarixi qarşılaşmanın videoyazısını təqdim edirik: