!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərədə Heydər Əliyevlə bağlı məqalə yayımlandı

!Reklam – Yazi

Türk Ağsaqqalları İctimai Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev: Azərbaycan-Britaniya münasibətləri” sərlövhəli məqaləsi İngiltərənin populyar saytlarında yayımlanıb.

Yenicag.az xəbər verir ki, “Avrupatimes.com” və “eurovizyon.co.uk” saytlarında yer alan məqalədə Ulu Öndərin Azərbaycan-Britaniya münasibətlərinin qurulması, iqtisadi əlaqələrin inkişafında göstərdiyi xidmətlərdən söz açılır.

Daha sonra isə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanla Britaniya arasındakı münasibətlərin dərinləşməsi, Britaniyanın Azərbaycana olan münasibətindən, ümummilli liderin Britaniya sənayeçilərinin qarşısındakı çıxışdan və digər məsələlərdən bəhs edilir.

Məqalədə həmçinin 1995-ci il 28 noyabr tarixdə Heydər Əliyevin Adam Smit İnstitutunun təşkil olunan etdiyi “Azərbaycanda investisiya imkanları” mövzusunda konfransda iştirak etməsi, Birləşmiş Krallığa işgüzar səfər edərək bir sıra mühüm görüşlər keçirməsi haqqında məlumat verilir.

Məqalədə bu gün ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdırılması, Britaniyanın Azərbaycanın haqq davasında siyasi dəstəyini əsirgəməməsi və Fransanın Azərbaycana qərəzli münasibəti qeyd edilir. Məhz Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı olan addıma veto qoyması önə çəkilir. Həmçinin əlavə edilir ki, bu gün həm Azərbaycan, həm də qardaş Türkiyənin Britaniya ilə sıx əlaqələrinin olması ölkələrimizin beynəlxalq aləmdə mövqelərinin güclənməsinə xidmət edir.

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv