!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İngiltərədən rus oliqarxlara çox ağır zərbə - Tarixin ən böyük dondurma qərarı kimlərə şamil olunacaq?

!Reklam – Yazi

Böyük Britaniya hökuməti Roman Abramoviçə yaxın olan 2 rus oliqarxa sanksiya tətbiq edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya hökuməti rusiyalı oliqarx Eugene Tenenbaum və David Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərinin dondurulduğunu bildirib.

D.Davidoviçə səyahət qadağası qoyulduğu da bildirilib.

Ölkənin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilib ki, bununla da fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların, ailə üzvlərinin və ortaqlarının sayı 106-ya çatıb.

Xarici işlər naziri Liz Truss qeyd edib ki, “Bu sanksiya  ölkədə ən böyük aktiv dondurulmasıdır”.

“Putin Ukraynada uğursuzluğa düçar olana qədər biz sanksiyalar tətbiq etməyə davam edəcəyik. Heç nə və heç kim masadan kənarda deyil”, – deyə Truss vurğulayıb.

www.yenicag.az

2339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv