!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnkişafdan qalan təhsil sistemimiz: Günahkar kimdir? - Müsahibə

!Reklam – Yazi

“Yaşlı nəsil gənc nəslin ondan çox bilməsini qəbul etmək istəmir və irəliləməməsi üçün kifayət qədər problem yaradır”.

Bunu təhsil sistemindəki idarəetməni dəyərləndirən təhsil eksperti Adil Əliyev Yenicag.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Adil bəy, ölkədaxili universitetlərimizin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

– İstər məktəb, istərsə də universitet səviyyəsində ən çox problemi olan sahələrimizdən biri təhsillə bağlıdır. Məktəbə aid problemi araşdırdıqda kökündə universitetdən məzun olmuş müəllimin çıxdığı görünür. Müəllimi araşdırdıqda da problemin kökündə orta məktəbdə dərs deyən müəllimin olduğu üzə çıxır. Çünki əsas problemimiz düzgün qurulmamış təhsil strategiyasındadır. Müəllimlik ixtisasını bitirən bir tələbə dövlət məktəbində işləmək üçün imtahanda keçid balını keçə bilmir, ancaq beynəlxalq məktəblərdə yüksək bal toplayır və maaşı da kifayət qədər yüksək olur. Təhsilin bütün pilləsi üzrə problemlərimiz demək olar ki, bu formadadır.

– Beynəlxalq reytinqə çıxa bilməməyimizin günahkarı kimdir?

– Bu gün Sovetdən qalmış məlumatlar, sovet psixologiyası və təfəkkürü ilə idarəçilik etmək istəyən rəhbərlər, vərəqləri belə saralmış kitablardan oxuduqları məlumatları tələbələrə “öyrətməyə” çalışan müəllimlər var. Sizcə, bu kimi fəaliyyətlərlə biz hansı beynəlxalq reytinq cədvəlində özümüzü görə bilərik?!

Beynəlxalq səviyyədə reytinq siyahısını tərtib edən bir neçə akademik qurum var ki, onlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin beynəlxalq reytinq sıralamasını aparır, nəticələri paylaşılır. Təəssüflər olsun ki, QS university rankings, Times higher education və ya Şanxay rankinqdə Azərbaycan universitetlərinin adını nəinki ilk 100-lükdə, heç 500-lükdə də görmək mümkün deyil. Çünki biz hələ də “windows” sisteminin və antivirusun “crack” versiyasını axtarırıq.

Şanxayın tərtib etdiyi reytinq cədvəlinə nəzər yetirsək, əsas tələblərdən biri Nobel mükafatı alan müəllim və ya tələbə, məzunun olmasıdır. Ancaq digər reytinq cədvəllərində universitetlərin təhsil səviyyəsi, yüksək indeksli elmi jurnallarda dərc olunan məqalə sayı nəzərə alınır. Bundan əlavə, dünya elminə verdiyi töhfələr, universitetlərdə təhsil alan xarici tələbələrin və müəllimlərin sayı, xarici ölkələrlə həyata keçirilən elmi işlərin sayı əsas götürülür. Bəzi beynəlxalq reytinq cədvəllərində məzunların işlə təmin olunması da nəzərə alınır.

– Azərbaycanlı gənclərin əksəriyyəti təhsil üçün xarici ölkələrə üz tuturlar. Bu marağın başlıca səbəbi nədir?

– Bu il tələbəm dünya liderlərindən biri olan Finlandiyaya magistr təhsili almağa getmişdi. O, bildirir ki, universitetin professoru ona asisstenti olmağı təklif edib. Ölkəmizdə hansı universitet gənc nəsilə bu cür yanaşır?!

Şikayətlənirik ki, niyə gənc nəsil xaricə axın edir?! Açığını demək lazımdırsa, yaşlı nəsil gənc nəslin ondan çox bilməsini qəbul etmək istəmir və irəliləməməsi üçün kifayət qədər problem yaradır. Yaşlı nəsilə deyirsən ki, e-mailini ver sənədlərini göndərim. Deyir, sənədləri poçta gedib götürəcəm? Bu düşüncə ilə biz heç bir beynəlxalq reytinq cədvəlində öz adımızı görə bilmərik. Əslində yaşlı nəsil Amerikada, Almaniyada, Yaponiyada da var. Ancaq həmin yaşlı nəsil artıq bir kənara çəkilib, bildiklərini və təcrübələrini gənclərlə bölüşür.

Təhsil strategiyasının doğru seçilməsi, gənc nəslin araşdırma aparması, elmi məqalalər yazması, elmə gətirəcəyi tövfələr üçün onlara dəstək olmaq lazımdır.

Gülşən Şərif

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv