!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnkubator konveyeri”nə çevrilən PLASTİK ƏMƏLİYYATLAR: “Natamamlıq kompleksinin dərinləşməsi...”

!Reklam – Yazi

“Tibbin inkişaf etdiyi dövrdə insanların özünə inamını azaldan və kompleks yaradan bədən hissəsini dəyişmək istəyi normal haldır”.

Bu fikirləri plastik əməliyyat etdirənlərin sayının gün-gündən artmasına münasibət bildirən psixoloq Gülər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, insanların zahiri görünüşlərini bəyənməmələri və dəfələrlə plastik əməliyyatlara girmələri psixoloji zəiflik hesab olunur.

“İnsanın öz görünüşündə hər hansı qüsura görə əməliyyat etdirməsi onun şəxsi yanaşmasıdır. Bəzi insanlar sinir sistemində olan problemləri səbəbindən öz simalarında simmetriyanin pozulduğunu görür və belə əməliyyatlara üz tuturlar. İnsanlar özündə qocalıq simptomlarını müşahidə edəndə, cavan görünmək üçün mütəmadi olaraq əməliyyatlar etdirirlər.

Bu günün tendesiyasına görə, bədən şəkilləndirmə əməliyyatları vüsət alıb. İnsanlar sosial şəbəkələrdə belə əməliyyatlara üz tutan şəxslərin çoxaldığını açıq-aydın görürlər. Şablon nümunələr əsasında insanlar digərlərinə bənzəmək istəyirlər. Bir sözlə, ayrı-ayrı fərdlər bir-birini təqlid edirlər. Zehni deyil, vizual görünüşlərini inkişaf etdirmək insanların həyat tərzinə çevrilib.

İnsanlar yaşlanmaq və görkəmlərinin pozulmasını arzulamırlar. Belə şəxslərin plastik əməliyyatlar etdirməsi normal hesab olunur. Tibbin, ümumiyyətlə, elmin inkişaf etdiyi dövrdə insanların özünə inamını azaldan və kompleks yaradan bədən hissəsini dəyişmək istəyi normal haldır. Amma belə hallar mütəmadi təkrarlanırsa, insanlar heç cür özlərini bəyənmirsə və təkrar-təkrar əməliyyatlara girirsə, bu artıq psixoloji zəiflik hesab olunur. Belə hallar insanlarin natamamlıq kompleksindən qaynaqlanır”.

Nuray Məmmədzadə

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv