!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan alveri ilə məşğul olan türk qadın və dəstəsi ƏLƏ KEÇDİ - FOTO

!Reklam – Yazi

Hindistanda insan alveri ilə məşğul olan türk qadın və dəstəsi saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Indian Express məlumat yayıb. Bildirilir ki, Hindistanda bir türk qadın və daha 8 nəfər Banqladeş 🇧🇩, Qazaxıstan 🇰🇿, Türkiyə 🇹🇷 və Özbəkistan 🇺🇿 Telegram vasitəsilə fahişə alveri ilə məşğul olduqları üçün saxlanılıb.

Hindistanın Banqalor şəhərində polis Türkiyə vətəndaşının rəhbərlik etdiyi fahişələr şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı dəstənin rəhbərləri tutularaq həbsxanaya göndərilib.

Dəstəyə 40 yaşlı Türkiyə vətəndaşı Bionyaz Svami Qauda başçılıq edirdi. O, Hindistanda doğulub və çoxdan Türkiyədə nikah yolu ilə Türkiyə vətəndaşlığını alıb. Lakin sonra əri dünyasını dəyişib və o, 15 il əvvəl Hindistana qayıdıb dəstə başçısı olub.

Bildirilib ki, dəstə sosial şəbəkələrdə xüsusi tanışlıq qrupları vasitəsilə müştərilərlə əlaqə saxlayıb və fahişələri otel otaqlarına gətirib.

Xuraman Etibarlı

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv