!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnsan alveri probleminin profilaktikası" - Nazirlikdə dəyirmi masa keçirildi - FOTOLAR

!Reklam – Yazi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanınında  Elektron Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə “Rəqəmsal imkanlar çərçivəsində insan alveri probleminin profilaktikası” mövzusunda dəyirmi masa keçirilib. 

Yenicag.az xəbər verir ki, tədbirdə insan alveri ilə mübarizədə 4-cü Milli Fəaliyyət Planının (2020-2024-çü illər) 4.2.6 və  4.2.7-ci  bəndləri ilə nəzərdə tutulan “İnternet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi” yarımbəndlərinin icrası müzakirə edilib.

Tədbirdə Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimləmə sektorunun müdiri Cavid Hüseynov, DİN İAQMBİ-nin Əməliyyat müvəkkili Vamiq Namənzadə, “Təmiz Dünya” QYİB-nin sədri Mehriban Zeynalova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli,  “Ümidli Gələcək” təşkilatının sədri Kəmalə Aşumova, Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə iştirak edib.

BMqT-nin Bakı ofisinin nümayəndəsi Nəzrin Abbasova tədbirə müşahidəçi qismində qoşulsa da, müzakirə zamanı beynəlxlaq təcrübə ilə bağlı fikirlərini səsləndirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ev sahibliyi  etdiyi tədbir işgüzar, maraqlı müzakirə çərçivəsində problemlər və həlli yolları istiqamətində aparılıb. Görüşdə yaxın və uzunmüddətli məqsədlər ətrafında konkret təkliflər səsləndirilib.

Görüşün sonunda Elektron Təhlükəsizlik Xidmətinin bu sahədə monitorinq aparan əməkdaşları üçün insan alveri qurbanları ilə bağlı məlumatların aşkarlanması mövzusunda təlim, eləcə də mövzu ilə bağlı QHT və İAQMBİ əməkdaşları üçün internet resurslarda məlumatların toplanmasına dair təlimlərin keçirilməsi təklif edilib.

Qeyd edək ki, bu mövzuda daha əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Diasporla İş üzrə Dövlət Komitəsində də müzakirələr keçirilib.

 

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv