!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan azadlıqlarının tapdanması və hüquqların müdafiəsi: "Bununla bağlı addımlar atılır"

!Reklam – Yazi

Bu gün dünya ölkələrində Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Ümümdünya İnsan Hüquqları Günü olaraq qəbul edib.

Ölkəmizdəki insan hüquq və azadlıqları ilə bağlı ümumi vəziyyəti Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında dəyərləndirib.

Onun sözlərinə görə, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımlar qənaətbəxşdir:

“Azərbaycanın dünyanın tərkib hissəsi olduğunu nəzərə alsaq, ölkəmizdə də bu istiqamət üzrə atılan addımlar var. 90-cı illərin ortalarından başlayaraq ölkəmizdə hüquqi dövlət quruculuğu, o cümlədən insan hüquq və azadlıqları istiqamətində çoxşaxəli nəzəri və praktiki addımlar atılıb. 2000-ci ildən etibarən Sovet dövründə mövcud olan normativ aktlar tam şəkildə yeni dövrə və müstəqillik prinsiplərinə uyğun olaraq təsbit edilib. Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı müntəzəm olaraq proqramlar qəbul edilir. Bu gün hüquq və azadlığı pozulan istənilən şəxsin məhkəməyə müraciət etməsi rahat şəkildə həyata keçirilən bir prosesdir. Ölkədə İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətini də unutmaq olmaz. Ombudsman dünyanın bir sıra ölkələrinin təcrübəsinə uyğun olaraq yaradılan bir institutdur və ölkəmizdə əhalinin ayrı-ayrı kateqoriyaları üzrə dövlət komitəsi fəaliyyət göstərir. Məlumdur ki, heç bir cəmiyyət qanun pozuntularından sığortalanmayıb. Ölkəmizdə bununla mübarizə aparan qurumlar da var və həmin qurumlar mübarizə metodu kimi real addımlar atır. Təəssüf ki, bəzi qüvvələr insan hüquq və azadlıqları məsələsindən öz maraqlarına uyğun istifadə etməyə çalışırlar.

Dünyanın supergüclərindən biri, insan hüquq və azadlıqlarının qorunmasında özünün yüksək səviyyədə olduğunu iddia edən ABŞ prezidenti Co Bayden tərəfindən keçirilən Demokratiya Sammiti məhz bu günlərə təsadüf edir. Sammitin məqsədi demokratiyanı gücləndirmək, avtoritarizmdən müdafiəni, korrupsiya ilə mübarizəni və insan haqlarını təşviq etməkdir. Lakin sammitə dəvət olunan və olunmayan dövlətlərin siyahısından bu tədbirin heç də demokrat olmadığı üzə çıxır. Məsələn, həmin sammitə Azərbaycan, Türkiyə, Macarıstan və dünyada müstəqil siyasət yürüdən bir sıra dövlətlər dəvət olunmayıb. Uzun illər ölkəmizi işğala və təcavüzə məruz qoyan Ermənistanın sammitə dəvət olunması isə bir daha sübut edir ki, sözügedən sammit demokratiyanın uçuruma yuvarlandığını göstərir. Sammitə dəvət olunan digər ölkələr də insan hüquq və azadlıqlarından sui-istifadə edərək, öz mənfəətlərini düşünürlər”.

Gülşən Şərif

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv