Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İnsan həyatını məhv edən "Patı" - Qiyməti 10 manatdan başlayır

“Narkotik istifadəçisinin iradəsi yoxdursa müalicənin effekti olmur”.

Yenicag.az xəbər verir ki, bunu Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, hazırda ölkədə metamfetamindən (“patı”) ilə zəhərlənənlərin sayı artıb: “Bu əsasən nəfəs yolu ilə bədənə daxil olur və qana keçir. “Patı” qəbulundan sonra beyində 1000 %-dən çox depomin hissi artır. Ona görə də beyində tez bir şəkildə gerindönmə fəsadları meydana çıxarır. Bu gün ağ-şəffaf kristallar, şüşə qırıntısına oxşayan növlər yayılıb. Problem narkotikin ucuzluğu ilə əlaqəlidir. Metanfetaminin sintezi çox asandır. Kimyəvi biliyi olan bunu hətta evdə də təşkil edə bilir”.

İ.Əfəndiyev söyləyib ki, metanfetaminlərin sintezi üçün maddələri əldə etmək də çətin deyil:

“Ölkədə satılan “patı”nın qiyməti təxmini 10 manatdan başlayır. Bununla da təxmin etmək olar ki, ölkə daxilində “patı” qeyri-leqal laboratoriyalarda sintez edilir. Toksinlər dəri vasitəsilə xaric edildiyi zaman dəridə yaralar və cızıqlar inkişaf edir. Digər fəsadları isə ağızda yaralar və dişlərin tökülməsi, diş ətinin yarasıdır. “Patı” qısa müddət ərzində şəxsi əlil vəziyyətinə gətirib çıxarır. Bundan istifadə edən uşaqların qısa müddətdə bütün bədənləri pis hala düşür”.(report)

www.yenicag.az

315
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100