İnsan hüquqları, korrupsiya, əmək münasibətləri… – “Azərbaycanda Məsuliyyətli Biznes”

Bu gün Bakıda BMT-nin təşkilatçılığı ilə “Azərbaycanda Məsuliyyətli Biznes” mövzusunda forum keçirilib.

Yenicag.az xəbər verir ki, konfransda BMT-nin Qlobal Sazişinin BMT Münasibətləri və Tərəfdaşlıq üzrə Baş direktoru Angus Rennie çıxış edib.

O, bildirib ki, dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes üçün önəmlidir: “Dünya ölkələri dayanıqlı inkişaf planlarını qəbul ediblər: “Bu, çox böyük nailiyyət idi. 17 dayanıqlı inkişaf məqsədləri qəbul edilib. Biz 2030-cu ilə qədər bir sıra çağırışlara çatacağıq”.

A.Rennie qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün antikorrupsiya tədbirləri təmin edilməlidir: “Şirkətlər bu məsələdə birgə çalışmalıdır. Bizə məsuliyyətli biznes lazımdır. Dayanıqlı inkişaf məqsədləri məsuliyyətli biznes modellərini təklif edir”.

O vurğulayıb ki, bizim əlavə planetimiz yoxdur ordan resurslar cəlb edək: “Milyonlarla cinslər dünyada məhv olur”.

Bakıda keçirilən “Azərbaycanda məsuliyyətli biznes” adlı konfransda çıxış edən “Akkök Holdinq”in İcraiyyə Şurasının sədri, BMT-nin Qlobal Sazişinin Türkiyə Şəbəkəsinin Direktorlar prezidenti Ahmet Dördüncü isə  iqlim dəyişikliyinin dünya iqtisadiyyatına yetirdiyi zərərdən danışıb.

Ahmet Dördüncü qeyd edib ki, müvafiq tədbirlər görülməsə iqlim dəyişikliyinin dünya iqtisadiyyatına yetirdiyi zərər 2040-cı ildə 50-54 trln. ABŞ dolları təşkil edə bilər: “Son tədqiqatlara əsasən, iqlim dəyişikliklərin qlobal iqtisadiyyata olan illik təsiri təxminən 250-300 mlrd. dollar civarında qiymətləndirilir. İqlim dəyişikliyinin təsirinin azaldılması üçün dərhal tədbirlər görülməli və bu işlər tək dövlət səviyyəsində deyil, həm də biznes dünyasının iştirakı ilə reallaşdırılmalıdır”.

Qeyd edək ki, BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10 min şirkət və 3 min qeyri-biznes qurumu, eləcə də 60 – dan çox yerli şəbəkəni bir araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.

Azərbaycan da biznesin sosial məsuliyyətini təşviq etmək və bu cür siyasətin həyata keçirilməsinə dair hesabatların təqdim edilməsinə istiqamətlənən BMT-nin “United Nations Global Compact” təşəbbüsünün fəal iştirakçısıdır.

BMT-nin qlobal müqaviləsi insan hüquqları, əmək münasibətləri, ətraf mühitin qorunması və korrupsiya ilə mübarizə sahəsində 10 prinsipi elan edib.

COP29