!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan ömrünü müəyyənləşdirən daxili orqan AÇIQLANDI

!Reklam – Yazi

“Qaraciyər insanın ömrünü təyin edən orqandır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin dərman müalicəsi şöbəsinin müdiri Valeri Breder deyib.

Həkimin fikrincə, hətta ürək də qaraciyər kimi bir çox mürəkkəb funksiyaları yerinə yetirmədiyi üçün orqanizmdə daha az əhəmiyyətli rol oynayır.

“Qaraciyər əvəzolunmaz bir orqandır və təəssüf ki, onu əvəz edəcək orqan yoxdur. Bu, bədəndəki çox sayda funksiyadan məsul olan unikal bir fabrikdir. Və bu funksiyaların birinin pozulması həyat üçün ölümcül ola bilər. Ürək isə sadə bir nasosdur. Qaraciyər kimi mürəkkəb funksiyaları yoxdur”, deyə Breder bildirib.

Mütəxəssis, qaraciyərin ilk mühüm funksiyasının zülal sintezi olduğunu deyib:

“Yəni qaraciyərdə çoxlu miqdarda bioloji aktiv maddələr, hormonlar və fermentlər sintez olunur. Məsələn, orqanizmdə faydalı və zərərli maddələr kütləsinin əsas daşıyıcısı olan albumin zülalı”.

İkinci funksiya detoksifikasiyadır. Bədəni toksinlərdən təmizləmək üçün məsul olan qaraciyərdir, ən çox xarici mühitdən bağırsaqlar vasitəsilə oraya daxil olur./qaynarinfo

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv