!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlar hər gün ölümlə üz-üzə qalırlar: Piyada keçidinin olmaması qəzaları artırır - VİDEO

!Reklam – Yazi

Paytaxt Bakıda bir ailənin yarısını maşın vurub.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsindən gedir.

Ərazidə yaşayan sakinlərdən biri İlham Azayev deyir ki, piyada keçidi olmadığından onun ailə üzvlərini bu yolda maşın vurub. Xoşbəxtlikdən həyati təhlükələri yoxdur. Lakin yolda vəziyyət kifayət qədər təhlükəlidir.

Yaxınlıqdakı yerüstü piyada keçidindən isə sakinlər demək olar ki, istifadə etmirlər.

Onlar bildirib ki, keçidə getmək üçün səki yoxdur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, metronun Xocasən stansiyası fəaliyyətə başladıqdan sonra, yol infrastruktru ilə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, müəyyən təhlillər aparılıb.

Sakinlər nəzərdə tutulan işlərin qısa zaman ərzində yekunlaşacağını ümid edir.

Daha ətraflı süjetdə:

 

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv