!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İnsanlar keyfiyyətsiz tikintilərin qurbanı oldu" - Ankarada yaşayan İB rəhbərindən TƏNQİD / VİDEO

!Reklam – Yazi

“İnsanlar keyfiyyətsiz tikintilərin qurbanı olub, sahib olduqları hər şeyi itirdilər”.

Bu sözləri Türkiyədəki zəlzələ fonunda dağılan binaların keyfiyyəti ilə bağlı gedən müzakirələrə toxunan Ankarada yaşayan “Aqrar İslahatlara Dəstək” İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmli Yenicag.az-a açıqlama verib.

Onun sözlərinə görə, Türkiyədə inşa edilən yeni binalarda keyfiyyətsizliyin mövcudluğu və nəzarətin zəif olması insanların üzləşdiyi itkini daha da artırıb:

“Türkiyədə 14 və 17 mərtəbəli hündür binalar var ki, zəlzələ nəticəsində yerlə-yeksan olub. Bu binalar 7,7 bal gücündə olan zəlzələyə dözməyib. Halbuki bir müddət öncə 10 ballıq zəlzələyə dözə biləcək binaların inşa olunması tələb olunurdu. Bu, tələb Azərbaycanda da mövcud idi. Bu gün Türkiyədə binaların keyfiyyəti ilə bağlı çox ciddi iradlar var. Zəlzələ nəticəsində 2-3 mərtəbəli binalarda da çöküntü var. Bununla müqayisədə hündürmərtəbəli binaların çoxu tamamilə dağılıb. Son 30 il ərzində tikilən binalarda seysmoloji vəziyyət nəzərə alınmır. 1994-cü ildə Türkiyədə güclü zəlzələ baş vermişdi. Daha sonra binaların tikintisinə xüsusi nəzarət edildi və bu proses çox qısa çəkdi. Bu gün binaların keyfiyyətsizliyi açıq şəkildə özünü büruzə verir. Tələbin çoxluğunu nəzərə alaraq kəmiyyətə daha çox diqqət göstəriləndə nəticə bu cür ağır olur. İnsanlar keyfiyyətiz tikintilərin qurbanı olub, sahib olduqları hər şeyi itirdilər. Güman ki, yaxın vaxtlarda siyasətçilər, ictimai nüfuzlu şəxslər bu problemlə bağlı açıqlamalar verəcəklər və problemi qabardacaqlar”.

Gülşən Şərif

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv