!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanlarda KORONAVİRUS RAHATLIĞI: “Düşünürlər ki, əgər yoluxacağamsa...” - Psixoloqdan ANALİZ

!Reklam – Yazi

“Koronavirusun artıq mutasiyaya uğraması ilə bağlı informasiyalar insanların daxili gərginliyini aradan qaldırıb”.

Oktaybr ayından etibarən, Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayında yenidən artım müşahidə olunur. Ümumilikdə ötən aylarla müqayisədə yoluxma hallarının artmasına baxmayaraq, artıq cəmiyyətdə koronavirusla bağlı qorxu və təşvişin xeyli azaldığı müşahidə olunur.

Halbuki yaz aylarında virusa yoluxma halları üçrəqəmli ədədlə ifadə olunduqda, əksər insanlarda panik-atak və depressiya kimi əlamətlər özünü göstərirdi. Hazırda isə virusa gündəlik yoluxanların statisitkası dördrəqəmli olsa belə, cəmiyyətdə əvvəlki narahatlıq sezilmir.

İnsanların koronavirusa yanaşmasındakı əhəmiyyətli dəyişikliyin səbəblərini şərh edən psixoloq-təlimçi Vüsalə Əmiraslanova Yenicag.az-a açıqlamasında bildirib ki, burada əsas amil cəmiyyətdə təhlükəli virusun ölümcül olduğuna inamın azalmasıdır:

“Araşdırmalara görə, son günlər koronavirus infeksiyasının təsiri və təhlükəsi müəyyən qədər azalıb. Bu baxımdan, insanlarda əvvəlki gərginlik müşahidə olunmur. Artıq çox adam belə hesab edir ki, koronavirusa yoluxmaq nadir hallarda ölümlə nəticələnə bilər.

Eyni zamanda, virusun mutasiyaya uğraması ilə bağlı məlumatların yayılması da əhalidə arxayınlıq yaradıb. İnsanlarda belə bir qənaət formalaşıb ki, virusa yoluxma ehtimalım varsa, bütün hallarda yoluxacağam və buna görə qorxmağa dəyməz.

Ümumilikdə virusa yoluxma sayında artım olsa da, karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur. Onsuz da, insanlar qüvvədə olan məhdudiyyətlərdən çox yorulublar və bu üzdən qadağaları pozmağa can atacaqlar”.

Gülşən Şərif

www.yenicag.az

1647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv