!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanları qorxudan UNİKAL HADİSƏ: Naqillərdən kürəşəkilli ildırım keçdi - VİDEO

!Reklam – Yazi

Amerikanın Florida ştatında qorxunc hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Floridada fırtına zamanı naqillərdən kürəşəkilli ildırım keçib. Təbiət hadisəsi insanlarda təşvişə səbəb olub.

Lakin yerli medianın yazdığına görə, bu, havanın həddindən artıq rütubətli olması ilə ləaqədardır.

“Qısaqapanma yüksək rütubətlə bağlıdır. Ehtimal ki, bu hadisə ağacların aşması və ya güclü külək nəticəsində avadanlıqların zədələnməsi nəticəsində yaranıb”, – media yazıb.

Əksəriyyət isə bunun kürəşəkilli ildırım olduğuna əmindir.

Qeyd edək ki, kürəşəkilli ildırım – nadir rast gəlinən bir təbiət hadisəsidir. İldırım yumruq və bəzən də insan başı böyüklüyündə dairəvi və işıqlı kütlə şəklində təzahür edir.

Kürəşəkilli ildırım şimşək çaxdığı zaman qəfildən şar şəklində havada peyda olur, əksər hallarda havada bir xeyli qalaraq yoxa çıxır, nadir hallarda yerə düşür.

Asta sürətlə hərəkət etdiyi üçün onu gözlə müşahidə etmək olur. Bəzən izsiz yoxa çıxır, bəzən isə dəhşətli gurultu qoparır; dağıntıya səbəb olur.

Xuraman Etibarlı

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv