!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanların həyat tərzinə çevrilən FİTNES: “Sağlamlıq və bədəni formada saxlamaq...”

!Reklam – Yazi

“Fitnes sadəcə, insanın fiziki sağlamlığını deyil, həmçinin psixoloji dayanıqlılığını da yaxşılaşdırır”.

Bu fikirləri fitnesin insan sağlamlığına faydaları haqqında danışan mütəxəssis Kəmalə Türksoy Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fitnes insanı gümrahlaşdırmaqla yanaşı, həm də enerjisini artırır və stressi azaldır:

“Sağlam həyat tərzi sürmək və bədəni formada saxlamaq üçün vacib idman növlərindən biri də fitnesdir. Fitnes hər yaşda önəmlidir.

Bu idman növünün insan həyatına faydaları çoxdur. İlk növbədə əzələ gücünü, kardiovaskular dayanıqlığı artırır, orqanizmdəki yağları əridir və yuxu balansımızı nizamlayır.

Eyni zamanda, fitnes sadəcə, insanın fiziki sağlamlığını deyil, həmçinin psixoloji dayanıqlılığını da yaxşılaşdırır. O baxımdan, fitnesi rutin halına gətirməliyik və bu idmanı həyat tərzimizə çevirməliyik”.

Nuray Məmmədzadə

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv