!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsanların heyvanlarla danışması arasındakı üç böyük MANEƏ

!Reklam – Yazi

İsrailli iki nevrobioloq – Yossi Yovel və Oded Reçavi insanların süni intellekt vasitəsilə heyvanlarla ünsiyyətə girməsi arasındakı üç böyük əngəli açıqlayıb.

Yenicag.az xəbər verir ki, araşdırmaçılar bu barədə “Current Biology”də məqalə yayımlayıblar.

Qeyd olunub ki, ilk olaraq inqilab xarakterli yeni dil modeli inkişaf etdirilməlidir. Bu model heyvanın öz əlaqə siqnallarından istifadə etməlidir ki, heyvan insanların yönləndiricilərinə cavab vermək üçün yeni siqnallar öyrənmək məcburiyyətində qalmasın. İkinci maneə isə süni intellektin qeyd olunan siqnalları çoxçeşitli halətlər baxımından dəyərlənidrə bilməsidir.

Üçüncü və ən çətini isə süni intellekt mexanizminin heyvanlarla ünsiyyətə girərkən aparat deyil, sanki onlarla eyni cinsə mənsubmuş kimi reaksiya verə bilməsidir.

Bununla belə, araşdırmaçılar qeyd olunan üç əngəlin aşılmasına baxmayaraq, insanlarla heyvanlar arasında istənilən səviyyədə əlaqə qurula bilməyəcəyini də vurğulayıblar.

www.yenicag.az

1735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv