!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Instagram”da dünya rekordu YENİLƏNDİ - "Survivor"da - FOTO

!Reklam – Yazi

Türkiyənin “TV8” telekanalının sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalı “Instagram” hesabından açdığı canlı yayımı üç milyondan artıq tamaşaçı izləyib.

Yenicag.az “HaberGlobal”a istinadən xəbər verir ki, Acunun daha öncə “TV8”də yayımlanan “Survivor” yarışmasında “gönüllülər” komandası ilə açdığı canlı yayımı 1 milyon istifadəçi izləyib. O, bu canlıda dünya rekordunun 2 milyon olduğunu və növbəti dəfə açacağı canlıda rekordu yeniləməyə çalışacaqlarını bildirmişdi.

A. Ilıcalı dünən 23:30-da açdığı canlı yayıma iki dəqiqə ərzində üç milyon izləyici toplayaraq dünya rekordunu qırıb.

Qeyd edək ki, buna qədər “Instagram”da ən çox izlənən canlı yayım 24 yaşlı məşhur reper Daniel Hernandesə (Tekaşi69) məxsus olub. O, həbs cəzası barədə danışdığı canlı yayımda bu rekordu qırmışdı.

 

www.yenicag.az

1030
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv