“İnstagram”dan ən çox istifadə edən ölkələr: Azərbaycan siyahıda yoxdur

Sosial şəbəkələrin həyatımızın bir parçasına çevrildiyi danılmaz faktdır.

Yenicag.az xəbər verir ki, ölkəmizdə “Facebook”la yanaşı, hər gün “İnstagram” istifadəçilərinin də sayı artır.

Buna baxmayaraq, 10 milyon əhalisi olan Azərbaycanın adı “İnstagram”dan ən çox istifadə edən ölkələrin siyahısında yoxdur. Sözsüz ki, bu məsələdə ölkə əhalisinin sayının mühüm rolu var.

“İnstagram”dan ən çox istifadə edən ölkələr üzrə tərtib edilən reytinqə isə ABŞ başçılıq edir.

121 milyon amerikalı sözügedən sosial şəbəkədən istifadə edir. İkinci sırada isə Hindistandır. Asiya ölkəsində 71 milyon “İnstagram” istifadəçisi var. Üçüncü sırada qərarlaşan Braziliyada isə istifadəçilərin sayı 64 milyondur.

59 milyon istifadəçi ilə İndoneziya 4-cüdür. Türkiyədə isə “İnstagram”dan istifadə edənlərin sayı 37 milyona bərabərdir. Bu isə ölkə əhalisinin 45 faizi deməkdir.

Digər sıralama isə belədir: Rusiya (32), Yaponiya (25), İran (24), Böyük Britaniya (23), Meksika (21,1).

COP29