!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Instagram”ın işində problem yarandı

!Reklam – Yazi

Dünyanın bir sıra ölkələrində istifadəçilər “Instagram” sosial şəbəkəsinin işində nasazlıqlardan şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur internet resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Sosial şəbəkənin işində nasazlıq təxminən Bakı vaxtı ilə saat 23:34-də yaranıb.

Əsasən ABŞ, eyni zamanda Böyük Britaniya, Almaniya, Polşa, Rusiya və başqa ölkələrdə də “Instagram”da nasazlıqlar mövcuddur.

“Downdetector”un məlumatına görə, istifadəçilərin əksəriyyəti (71%) xəbər lentinin yüklənməsində problemlərdən şikayət edirlər, 15% istifadəçi avtorizasiyada nasazlıqlardan, 12% istifadəçi isə veb-saytın işindən gileylənir.

Bu, son günlər “Instagram”da yaranan növbəti nasazlıqdır.

Martın 24-də də ABŞ-da və bir sıra başqa ölkələrdə instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunub.

Nasazlıqdan şikayət edən Amerika istifadəçilərinin 62%-i xəbər lentinə daxil olmaq problemlərindən şikayət ediblər.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv