!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Instagram”ın yeniyetmələrə zərəri

!Reklam – Yazi

“Meta” şirkəti (keçmiş “Facebook”) 2019-cu ildə “Instagram” sosial şəbəkəsinin yeniyetmələrə zərəri barədə araşdırma aparıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə şirkətin daxili sənədinə istinadən “Asahi” qəzeti xəbər yayıb.

Məlumata əsasən, araşdırmada 6 ölkədən təxminən 20 min nəfər iştirak edib. İntihar düşüncələri və özünə zərər vermə cəhdləri təsbit edilən 10-20 yaş arası qızların 13,5 faizi “İnstagram”dan istifadədən sonra bu vəziyyətin daha da pisləşdiyini bildirib.

Bundan əlavə, özünü pis hiss edən qızların 32,4 faizi “Instagram”dan istifadə nəticəsində simptomlarının pisləşdiyini bildirib.

Qeyd edilir ki, onların payı səhhətinin pisləşməsi ilə mübarizədə “İnstagram”ın kömək etdiyi şəxsləri üstələyib.

Qəzetin şirkətin daxili sənədi barədə məlumatları necə əldə etdiyi bildirilirmir.

 

 

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv