!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntensivləşən atəşkəs pozuntuları: “İrəvan bu proseslərdə əli olmadığını təkzib etsə də...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Atəşkəsi pozan birmənalı olaraq Ermənistan tərəfindən idarə olunan, onlara məxsus silahlı qüvvələrdir”.

Bunu Qarabağı tərk edən separatçıların artan gərginlik fonunda bölgədən ayrılmaqları ehtimalını dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda baş verən atəşkəs pozuntuları ilə bölgəni tərk edən separatçıları bir-biri ilə əlaqələndirmək doğru deyil:

“Atəşkəsi pozan birmənalı olaraq Ermənistan tərəfindən idarə olunan, onlara məxsus silahlı qüvvələrdir. Həmin silahlı qüvvələrin bir hissəsi hələ də Azərbaycan ərazilərində qalmaqda davam edir. Ermənistan, onların idarə olunmasında nə qədər İrəvanın əli olmadığını təkzib etsə də, vəziyyət tam əksidir. Həmin terrorçu silahlı birləşmələrin idarə edilməsi birmənalı olaraq Ermənistan tərəfindən həyata keçirilir. Vəziyyətdən düzgün çıxış yolunu tapmaq, prosesləri bir birindən ayırmaq və hər birinə uyğun adekvat cavab vermək məcburiyyətindəyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv