!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İntensivləşən Azərbaycan-Ermənistan TƏMASI: Qərblə Rusiya-İran qarşıdurması bölgəyə nə vəd edir? - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan diqtəyə davam etdirməlidir, bir addım geri çəkilmək olmaz”.

Bu fikri ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda gedən  savaşını dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Ermənistanın Qarabağla bağlı müsbət bəyanatlarına bel bağlamaq olmaz:

“Cənubi Qafqaz uğrunda açıq döyüş başlayıb. Bir tərəfdə ABŞ başda olmaqla, Qərb, digər tərəfdə isə Rusiya və İran var. Daha fəal görünən isə Rusiya və ABŞ-dir.

ABŞ-nin indiki məqamda yanaşması Fransa və Rusiyaya nisbətən daha uyğun görünür. ABŞ deyir ki, üçüncü tərəf olmadan məsələnizi həll edin. Rusiya isə iki ölkə arasında sülh əldə edilməsi üçün özünün də iştirakı tələbini irəli sürür. Fransa da eynilə Rusiya kimi tələb qoyur. Ermənistan isə Azərbaycanla sülh bağlamaq üçün beynəlxalq təşkilatların iştirakını tələb edir.

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüyünü deyir. Hesab edirəm ki, bu, məcburiyyət qarşısında deyilmiş fikirdir. Onların əllərinə bəhanə düşsə, yenidən eyni ampluadan çıxış edəcəklər. Ermənistan beynəlxalq aləmdə oyun qaydalarını pozmamaq üçün deyir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Heç bir illuziyaya qapılmaq olmaz. Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti güman edir ki, dərhal sülh müqaviləsi imzalanacaq. Belə düşünmürəm. Çünki Paşinyanın maraqları ilə Rusiyanın maraqları üst-üstə düşür.

Hadisələrin gedişi onu göstərir ki, Azərbaycan uduşdadır. Bundan əlavə, onu da yaxşı bilirlər ki, kiçik bir qığılcım olsa, Azərbaycan ordusu yenidən onları məhv edəcək. Bunu ermənilərlə yanaşı, onların havadarları da bilirlər. Ona görə də səbirlə gözləmək lazımdır. Səbirlə diqtəyə davam etməliyik. Bir addım geri çəkilmək olmaz.

Bütün gedişləri hesablamaqla yanaşı, ermənilərin səmimiliyinə inanmaq olmaz. İqtidarlı,-müxalifətli məndən başqa bu ölkədə hamı ermənilərə inanır. Çox istəyirəm ki, sülh müqaviləsi imzalansın. Ancaq erməni tərəfi üzdə müsbət şeylər desə də, əməlindən qalmır”.

Səxavət Məmməd

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv