!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnteqrasiya prosesinə ƏN BÖYÜK ƏNGƏL: "Rusiya Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini..." - RƏY

!Reklam – Yazi

“Azərbaycan vətəndaşı olmalı olan Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin inteqrasiya prosesinin qarşısında dayanan ən böyük əngəllərdən biri məhz Rusiyadır”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasına maneə yaradan əsas faktor olan Rusiyanın üstəsindən gəlmək üçün lazımi olan addımlardan danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiya Qərbin, Azərbaycan və Ermənistan arasındakı proseslərdə vasitəçiliyini həzm etmək istəmir:

“Proseslərdən narahat olan Rusiya qıcıqlandığını hər bir formada nümayiş etdirməyə çalışır. Son baş verən hadisələr məhz Rusiyanın qıcıq və siyasi qısqanclığının ən böyük göstəricilərindən biridir. Rusiyanın təxribatçı mövqedə durması Qarabağ ətrafındakı proseslərə mənfi təsir göstərir. Çünki Azərbaycan vətəndaşı olmalı olan Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilərin inteqrasiya prosesinin qarşısında dayanan ən böyük əngəllərdən biri məhz Rusiyadır.

Rusiya hər hansı formada başqa paytaxtlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün keçirilən danışıqlara sərt mövqe nümayiş etdirə bilmir. Başqa platformalarda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını da qəbul edə bilmir. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin Rusiyada deyil, Qərbdə imzalanması şimal qonşumuzu qıcıq edən ən ciddi faktorlardan biridir.

Vaşinqton ABŞ moderatorluğu ilə iki münaqişəli ölkə arasında razılaşmanın əldə olunması ərəfəsində Rusiyanın bir çox təxribatlara əl ata biləcəyini yaxşı başa düşür. Lakin bir şeyi bilmək mütləqdir. Nə Rusiya əvvəlki Rusiyadır, nə də region əvvəlki regiondur. Bu baxımdan Rusiyanın hansısa provakasiyalarından çəkinmək doğru deyil.

Ermənistan təbii ki, Rusiyadan qorxur. Və qorxduğu üçün hər şeyini Rusiyaya satışa çıxarıb. Ancaq Rusiya Azərbaycanın müstəqil xarici siyasət həyata keçirən, geopolitik güc faktorlarından biri olduğunu çox yaxşı başa düşür. Ona görə yaxın gələcəkdə Rusiyanın xarici siyasətində Azərbaycana qarşı müəyyən dəyişikliklər baş verə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv