Heydər Əliyevin keçmiş mühafizəçisi vəfat etdi

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin direktoru Aleksandr İvanov Moskvada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, onun beyninə qan sızıb.

Qeyd edək ki, A. İvanov 12 iyul 1950-ci ildə Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub. 2005-ci ilin avqust ayında İnterfaks-Azərbaycan informasiya agentliyinin baş direktoru təyin edilib.