!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternet istifadəçiləri üçün kiberdələduzluq “İMMUNİTETİ”: “Şəxsi məlumatların ələ keçirilməsinin...”

!Reklam – Yazi

 

“Texnologiya nə qədər çox inkişaf edərsə, insanların rəqəmsal səriştəlik səviyyəsi də bir o qədər artmalıdır”.

Bu fikirləri vətəndaşların kiberdələduzluq qurbanına çevrilməkdən qoruyan üsuallar haqda danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şəxsi hesabların ələ keçirilməsi üçün bir-birindən fərqli onlarla vasitə var:

“Bank məlumatlarının ələ keçirilməsini biz bir neçə istiqamətə bölə bilərik. Birincisi Azərbaycanda geniş yayılmış fişinq hücümlarıdır. Digəri isə sosial mühəndislik vasitəsilə sosial şəbəkələrdən toplanmış məlumatlar əsasında yaranmış fişinqlər, həmçinin hesabların ələ keçirilməsi üçün şəxsi məlumatların işlədilməsi, yaxud da bu məqsədlə açıq mənbə kəşfiyyatı ilə əldə olunmuş məlumatlardan istifadədir.

Azərbaycanda vətəndaşların müxtəlif zənglər vasitəsilə tələyə salınaraq onların bank məlumatlarının ələ keçirilməsinin analoji təcrübəsi əvvəlki illərdə daha çox yaşanıb. Hazırda isə vətəndaşların fərdi məlumatlarının daha çox “WhatsApp Plus” tətbiqi vasitəsilə oğurlanaraq onların bank hesablarına daxil olma hallarına dair barədə statusları tez-tez görürük. Yəni şəxsi məlumatların ələ keçirilməsinin onlarla yolu var”.

Ekspertin fikrincə, Azərbaycanda kibergigenika qaydaları hələ tam mənimsənilməyib:

“Tənzimləmələrdə bizim kifayət qədər seçimimiz var. Məsələn, bunlardan biri ikili identifikasiyanın aktivləşdirilməsidir. Bu tənzimləmə həyata keçirildikdə, istifadəçilərin hesablarının təhlükəsizliyi daha etibarlı qorunur. Amma təəssüflər olsun ki, istifadəçilərin bir çoxu buna əməl etmir. Digər tərəfdən, hazırda Azərbaycanda vətəndaşların rəqamsal səriştəlik səviyyəsinin o qədər də yüksək olmadığı qeyd edilməlidir.

Bundan başqa, kibergigenika qaydaları da tam mənimsənilməyib. Ona görə də bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Texnologiya nə qədər çox inkişaf edərsə, insanların rəqəmsal səriştəlik səviyyəsi də bir o qədər artmalıdır. Bu nüanslar internetdə vaxt keçirərkən, bizim təhlükəsizliyimizi təmin etmə qaydalarını öyrədir. Bunun yollarından biri isə dediyim kimi, ikili qorumanı aktivləşdirməkdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv