!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnternet təchizatında yaranan PROBLEMLƏR: “Bu, kütləvi hal alarsa...”

!Reklam – Yazi

“Hazırda internetə əlçatanlıqda çətinlik yaşanırsa və kütləvi deyilsə, ilk növbədə atılmalı olan addım şikayətçi olan şəxsin texniki avadanlıqlarının yoxlanmasıdır”.

Bunu internet şəbəkəsində yaranan problemlərlə bağlı məsələni şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, internetdə problem bir neçə səbəblərdən yarana bilər:

“Əgər hansısa vətəndaşın internetlə bağlı problemi varsa, vəziyyət araşdırılmalıdır. Kütləvi olaraq belə hal yaşanırsa, provayder yoxlanmalıdır. Hər kəs müxtəlif provayderlərdən şikayətçi ola bilər. İnternetə qoşulmaqda çətinlik yalnız bir nəfərdədirsə, bir çox hallarda bu, həmin şəxsin texniki avadanlıqlarının problemidir. Ya komputeri köhnədir, ya telefonu doludur, ya da modemi ucuzdur. Problem kütləvi olaraq müşahidə edilirsə, provayderdə texniki nasazlıq var deməkdir.

Azərbaycanda, təəssüflər olsun ki, hər şeyin ən ucuzunu istifadə edərək ən yüksək keyfiyyət axtarırıq. Misal üçün, Çinin zirzəmidə istehsal olunan, heç bir yenilik dəstəkləməyən, ən aşağı keyfiyyətli 17 manatlıq modem alınır, daha sonra evdə internetdən istifadə edəcək şəxslərin sayı hesablanmadan ən aşağı internet paketi alınır. Sonra da “mənim internetimdə problem var”, deyə şikayətlənirlər.
Paytaxt və respublikada demək olar ki, internet problemi qalmayıb. Bakı şəhərində internet fiberoptik ötürücü ilə paylanılır. İnternet xətləri nə hava, nə də işıq görür. Hazırda internetə əlçatanlıqda çətinlik yaşanırsa və kütləvi deyilsə, ilk növbədə atılmalı olan addım şikayətçi olan şəxsin texniki avadanlıqlarının yoxlanmasıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv