Azərbaycanın hüquq-mühafizə orqanları xuliqanlıqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1987-ci il təvəllüdlü Elçin Məmmədov xuliqanlıqda təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.
Hazırda E. Məmmədovun saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.