!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İntiqamdan QALMAQALLI AÇIQLAMA: “Meyxana deyən qulağına sırğa taxar?”

!Reklam – Yazi

“Əsl meyxanaçılarımız var ki, heç vaxt xanım müğənnilərlə duet oxumayblar”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış meyxanaçı İntiqam Rüstəmov “Həmin Zaur” verilişində deyib.

Sənətçi bəzi həmkarları ilə bağlı sərt iradlar səsləndirib:

“Meyxana deyən adam şit olmamalıdır. Bir də görürsən, çıxıb verilişlərdə şit-şit danışırlar, zarafatlaşırlar.

Meyxanaçı nümunə olmalıdır, oturuşuna, danışığına, geyiminə fikir verməlidir.

Mən həmişə efirə kostyumla çıxmışam. Meyxana deyən efirə cırıq şalvarla çıxar? Qulağına sırğa taxar?”

Sənətçi xanım müğənnilərlə duet oxuyan həmkarlarını da tənqid edib:

“Ya mahnı oxuyun, ya da meyxana deyin. Baxırsan, bəziləri bir qız müğənni ilə diet oxuyur, populyar olandan sonra başlayır pul qazanmağa.

Mən bunu qəbul etmirəm. Əsl meyxanaçılarımız var ki, heç vaxt xanım müğənnilərlə duet oxumayblar”.

Nehru

www.yenicag.az

1028
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv