!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

!Reklam – Yazi

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti son bir həftə ərzində 1.1352$-a kimi 1%-dən çox ucuzlaşıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.14$-ın altında qalarsa, 1.1270$-a kimi də ucuzlaşa bilər.

Bu həftənin cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı da investorların diqqət mərkəzindədir və açıqlamaların maliyyə bazarlarında ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.

GBP

GBP/USD məzənnəsi də ucuzlaşmaqdadır. Hal-hazırda dünya birjalarında keçən həftənin orta səviyyəsi ətrafında təklif edilən funtun qiyməti, 1.29$-ın altında qaldıqca, 1.2670$-a kimi də ucuzlaşa bilər.

İngiltərə höküməti ilə Avropa Birliyi arasında sərt Breksit prosesi iqtisadi və siyasi riskləri artıran ən önəmli amildir. Bu səbəbdən sözügedən mövzu ətrafında açıqlamalar diqqət mərkəzində saxlanılmalıdır.

TRY

Türkiyə maliyyə bazarlarında isə dolların ucuzlaşması dinamikasının zəiflədiyi müşahidə edilir. Bu, USD/TRY məzənnəsinin yenidən bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Beləliklə, 5.30TL-nin üzərində qalan məzənnə, 5.39TL-ni də yuxarı istiqamətdə qırarsa, bu proqnozların daha da güclənməsinə təsir edə bilər.

OIL

Avropanın Brent markalı neftinin qiyməti dəyər qazanmaq davam edir və artıq 63$ ətrafında təklif edilməkdədir. Qiymət 63$-ın üzərində qaldıqca, 66$-a kimi də dəyər qazana bilər.

Bu həftənin cümə axşamı saat 20:00-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünya bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən bahalaşma, əlvan metallar bazarlarında da qızıl qiymətlərinin 1% ucuzlaşmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1279$-ı (41.1 $/qram) da aşağı istiqamətdə qırarsa, 1274$-a (41.0 $/qram) kimi də dəyər itirə bilər.

www.yenicag.az

3501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv