Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"iPhone 11" və "iPhone 11 Pro"nun suya dözümlülüyü yoxlanıldı - VİDEO

Daha güclü texniki göstəricilər, kameralar və bir qədər dəyişilmiş dizayndan əlavə olaraq “iPhone 11” və “iPhone 11 Pro” modelləri əvvəlki modellər ilə müqayisədə daha dözümlüdür.

Yenicag.az xəbər verir ki, “Apple” şirkəti hələ təqdimat zamanı yeni “iPhone” modellərinin yüksək dərəcədə suya dözümlülük özəlliyinə sahib olduqlarını bildirmişdi.

“Apple” isə bəyan edir ki, iPhone 11 modeli 30 dəqiqə ərzində 2 metr dərinliyə, “iPhone 11 Pro” və “Pro Max” modelləri isə ümumiyyətlə 4 metr dərinliyə dözə bilərlər.

Jurnalistlər bu məlumatları ekstremal şəraitdə yoxlamaq qərarına gəlib. Onlar özləri ilə qayıq və Sofar Ocean Technologies şirkətinin istehsalı olan Trident adlı idarə olunan sualtı dronu götürərək okeana yollanıblar. Dron ilk öncə 4 metr dərinliyə enib və 30 dəqiqə həmin dərinlikdə qalıb. Nəticədə hər iki smartfon normal şəkildə çalışmağa davam edib.

Növbəti mərhələdə smartfonlar 8 metr dərinliyə endirilib və 30 dəqiqə həmin dərinlikdə saxlanılıb. Bu mərhələdə də nəticə eyni olub. Yəni smartfonlar normal çalışmağa davam ediblər.

Son mərhələ olaraq jurnalistlər smartfonları 12 metr dərinliyə endiriblər. Təəccüblü görünsə də bu halda da smartfonlar normal şəkildə çalışmağa davam ediblər.

Daha sonra smartfonlar təmizlənərək 3 sutka sönülü şəkildə saxlanılıb.

3 gündən sonra smartfonları yandırıb ekranlarını, kameralarını, gövdələrini, şarj girişlərini yoxlayandan sonra da məlum olub ki, smartfonlar heç bir zərər görməyiblər.

Qeyd edilir ki, bütün yeni “iPhone” modelləri IP68 standartı üzrə sudan qorunmaya sahibdir. Rəsmi olaraq bu standart üzrə smartfonu 30 dəqiqə ərzində 1 metr dərinliyə salmaq olar.

www.yenicag.az

4658
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM