!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

iPhone 12-nin satışı qadağan edilə bilər - SƏBƏB

!Reklam – Yazi

Fransa təhlükəli elektromaqnit şüalanma səviyyəsinə görə iPhone 12 smartfonlarının satışını qadağan edə bilər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın rəqəmsal iqtisadiyyat nazirinin müavini Jan-Noel Barrotun bəyanat yayıb.

Radiotezliklərə nəzarət üçün məsul olan Fransanın tənzimləyici orqanının (ANFR) mütəxəssisləri iPhone 12-dən artan elektromaqnit şüalanma səviyyəsini aşkar ediblər. ANFR laboratoriya testləri göstərib ki, bu smartfon hər kiloqram üçün 5,74 vatt, icazə verilən hədd isə 4 vat təşkil edir

Barrotun sözlərinə görə, problemi iPhone 12 üçün proqram yeniləməsini buraxmaqla həll etmək olar. Fransa “Apple”a bu cür mikroproqramı hazırlayıb buraxmaq üçün iki həftə vaxt verib. Bu tələb yerinə yetirilməsə, Fransa iPhone 12-nin satışına qadağa qoyacağı və artıq satılan cihazların geri çağırılmasını tələb edəcəyi ilə hədələyir.

Hazırda “Apple” bu vəziyyətlə bağlı şərh verməyib./unikal

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv