!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"iPhone 15" təqdim olundu: Əsas yeniliklər nələrdir? - Modellə bağlı DETALLAR

!Reklam – Yazi

Hər kəsin gözlədiyi “iPhone 15” modeli təqdim olunub.

Texnoloq Fərid Pərdəşünas yeni modelin digərlərindən fərqini və əsas yenilikləri qeyd edib.

Yenicag.az “iPhone 15″lə bağlı detalları təqdim edir:

“- “iPhone 15” və “iPhone 15 Plus” modelləri köhnə “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”ın, demək olar ki, eynisi oldu. Dinamik ada, köhnə A16 prosessor və yenə də 2 kamera. Bu seriyaya gələn əsas yenilik USB “Type-C” girişi, 2000 nit parlaqlığında ekran və “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”da olan 48MP-lik kamera oldu.

– “iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da olan yeniliklərdən əsası gövdənin titandan hazırlanmasıdır. Yəni kənar çərçivələr artıq paslanmaz poladdan yox, yeni materialdandır. Bunun sayəsində ən yüngül pro model oldu. Əlavə olaraq, pro seriyada səs artırıb-azaltma düyməsi yox oldu, əvəzinə basılabilən və müxtəlif funksiyaların inteqrasiya edilə biləcəyi düymə quraşdırıldı.

– “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” USB 3.0 dəstəkli “Type-C” girişi əldə etdi. Kamera tərəfdə əsas dəyişiklik telefoto kamerasında oldu ki, bu kamera artıq 3X yox, 5X yaxınlaşdırmanı dəstəkləyəcək.

– “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” üçün ən önəmli yenilik isə prosessor oldu. Yeni “Apple A17 Bionic” çipindən güc alacaq və dünyada mobil prosessorlar arasında 3nm arxitekturada hazırlanan ən güclü prosessordur.

Qiymətlər Amerika bazarında aşağıdakı kimidir:

“iPhone 15 128GB” – 799$
“iPhone 15 Plus 128 GB” – 899$
“iPhone 15 Pro 128 GB” – 999$
“iPhone 15 Pro Max 256 GB” – 1199$”

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv