!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"iPhone 15"in qiyməti ilə bağlı ŞOK İDDİA

!Reklam – Yazi

Bir müddətdir ki, “Apple”ın “iPhone 15” seriyası ilə qiymətləri qaldıracağından danışılırdı. Son hesabatlar bu iddiaları bir daha təsdiqləyib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2023-cü ilin sentyabrında təqdim edilməsi gözlənilən “iPhone 15” seriyası ilə bağlı qiymət söz-söhbətləri ortaya çıxmağa başlayıb.

Yayımlanan hesabata görə, seriyanın ən güclüsü olacaq “iPhone 15 Pro Max”ın qiyməti “iPhone 14” modelindən 48 faiz baha olacaq və tarixdə ən bahalı “iPhone” kimi yaddaşlarda qalacaq.

Son məlumata görə, “iPhone 15 Pro”nun istehsal dəyəri 20 faiz, “iPhone 15”-in isə 12 faiz artacaq. Bu artımın əsas məsuliyyəti çip istehsalçısı TSMC-dir.

Son zamanlarda 3nm çiplər istehsal etməyə başlayan TSMC hələ də bütün problemləri həll etməyib və yüksək xərclə istehsal edir. Apple da bu yüksək xərcdən öz payını alacaq.

Qeyd edək ki, “iPhone 15” modeli sentyabr ayında təqdim ediləcək.

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv