Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

"iPhone SE 2"nin render FOTOLARI - Satışa çıxarılacağı tarix açıqlandı

Artıq bir çox mənbələr xəbər veriblər ki, “Apple” şirkəti “iPhone SE”nin davamçısı üzərində çalışır.

Yenicag.az xəbər verir ki, həmin smartfonun ilk render fotoları ortaya çıxıb.

Nüfuzlu analitik Ming-Chi Kuo bildirib ki, “iPhone SE 2” modeli “iPhone 8″in dizaynını əldə edəcək. Təqdim olunmuş render fotolarından da görmək olar ki, “iPhone SE 2” yuxarı və aşağı hissələrdən qalın çərçivələrə və fiziki “Home” düyməsinə sahib olacaq. Həmçinin “Home” düyməsinə “Touch ID” texnologiyası da inteqrasiya ediləcək.

Smartfonun arxa panelində bir ədəd kamera modulu yerləşdirilib.

Məlumata əsasən, smartfonun bir ədəd arxa kameraya sahib olacağına baxmayaraq o, müasir smartfonların kameraları kimi yüksək keyfiyyətli fotolar çəkə biləcək.

Köhnə dizayn ilə birlikdə “iPhone SE 2” yeni texniki göstəricilər – “iPhone 11” modelinin sahib olduğu “A13” prosessoru da əldə etməlidir.

Bununla yanaşı smartfonun 4.7 düym LCD ekran, 3 GB RAM və “Lightning” girişi ilə təchiz olunacağı da gözlənilir.

Ming-Chi Kuo-nun proqnozlarına əsasən “iPhone SE 2” modeli 2020-ci ilin birinci rübündə satışa çıxacaq.

 

www.yenicag.az

2308
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM