!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone”nin istehsalçısı Tayvanın prezidenti olmayacaq

!Reklam – Yazi

Dünyanın ən böyük müqaviləli istehsal şirkətlərindən biri olan “Foxconn”un qurucusu Terri Qou Tayvanda keçirilən seçki yarışından geri çəkilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qou Tayvanın rifahı üçün siyasi ambisiyalarından əl çəkməyə qərar verdiyini deyib. O, həmçinin seçkidə başqa bir müxalifət namizədinin qalib gələcəyinə ümid etdiyini bildirib.

“Böyük nailiyyətlər əldə edənlər tərif və ya tənqidə məhəl qoymurlar. Terri Qou insanlar tərəfindən unudula bilər, amma gələcək və daha böyük yaxşılıq naminə mən namizədliyimi qurban verməyi seçirəm. Qoy mənim qərarım vətənə ən böyük sədaqətimin ifadəsi olsun”, deyə Qou rəsmi bəyanatında bildirib.

Qou siyasətə 2019-cu ildə qayıdıb. İş adamı seçki kampaniyasını Tayvan və Çin arasındakı münaqişəni həll etmək vədləri üzərində qurub. “Foxconn” həmtəsisçisi Vaşinqton və Pekin arasında vasitəçi rolunu oynamağı planlaşdırırdı.

“Bloomberg” yazır ki, Qou namizədlərin qeydiyyatının bitməsinə bir neçə saat qalmış namizədliyini geri götürüb.

“Foxconn” istehlakçı elektronikasının müqaviləli istehsalı üzrə dünya liderlərindən biridir. Şirkətin əsas müştərilərindən biri “Apple” şirkətidir./Qaynarinfo

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv