!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İpoteka şərtlərinin YÜNGÜLLƏŞDİRİLMƏSİ: “Sabit və yüksək maaşı olanların əksəriyyəti...”

!Reklam – Yazi

“Sosialist cəmiyyətində hamının evi olmasa da, insanların yaşayış yerinin olması fərdin gəlirinə bağlı deyildi”.

Bu fikirləri ipoteka kreditlərinin verilmə şərtlərinin yüngülləşdirilməsinə dair təkliflərə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kreditlər ilk növbədə gələcəkdə onu qaytara biləcək şəxslərə verilməlidir:

“İpoteka kreditinin alınmasında əsas problem dövlət, yaxud özəl sektorla bağlı deyil, sabit və yüksək maaşı olanlara verilə bilməsi ilə əlaqədardır. Azərbaycanda dövlət sektoru özəl sektordan daha böyük olduğundan, təbii ki sabit və yüksək maaşı olanların əksəriyyəti orada cəmləşib.

Lakin özəl sektorda da çalışanlar da bu imkandan yararlana bilir. Fikrimcə, bu da ipoteka kreditinin mahiyyətinə görə belə olmalıdır. Kredit ilk növbədə gələcəkdə onu qaytara biləcək şəxslərə verilməlidir. Bu, bütün dünyada belədir. Lakin nə qədər təəssüf doğursa da, məsələyə bu cür yanaşıram.

“Hamının evi olmalıdır psixologiyası” sovet dövründən qalma yanaşmadır. Əslində, belə olmamalıdır. Kapitalist cəmiyyətində bu mümkün deyil. Düzdür, sosialist cəmiyyətində hamının evi olmasa da, insanların yaşayış yerinin olması fərdin gəlirinə bağlı deyildi.

Onlar müxtəlif yerlərdə çalışırdılar, növbəyə dayanırdılar və müəyyən müddətdən sonra onlara ev verilirdi. Ancaq biz həmin cəmiyyəti bəyənmədik, Qərbdəki kapitalist qaydalarını mənimsədik. Bu cəmiyyətdə də yalnız pulu olanlar yaxşı yaşaya bilir. Söhbət hər hansı dövlətin tərkibində olmaqdan deyil, ümumilikdə cəmiyyətin quruluşundan gedir”.

İsmayıl Bakuvi

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv