!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İpoteka vərəsəyə miras qalır, pensiya və müavinət isə...: Sığorta ödənişi niyə alınır? - SƏRT ETİRAZ

!Reklam – Yazi

“Bu, həm beynəlxalq standartlara, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir”. 

Bu sözləri Konstitusiya Məhkəməsinin ipoteka krediti haqqında yeni qərarını şərh edən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O qeyd edib ki, bu tipli yanaşmalar dünyada heç bir praktikada tətbiq edilmir:

“Dünyada heç bir yerdə olmayan yanaşmalar bizdə həyata keçirilir.

İpoteka ödənişləri edilən zaman sığorta ödənişləri də tətbiq edilir. Bu zaman belə bir sual yaranır: ipoteka ödənişlərini edən insanlar bu sığorta hissəsini nə üçün ödəyirlər?

Digər tərəfdən başqa bir məsələ ortaya çıxır ki, ipoteka ödəyən şəxs vəfat etdiyi təqdirdə aldığı pensiya və ya müavinət kəsilir və həmin vərəsəyə ödənilmir. Belə olarsa, həmin şəxsin aldığı pensiya və ya müavinət vərəsəyə ödənilməlidir. Bu həqiqətən də maraqlı bir yanaşmadır və heç bir praktikada bu metoddan istifadə olunmur. Konkret olaraq, bu, həm beynəlxalq standartlara, həm də Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Bu addımı hətta keçmiş SSRİ-də vəfat etmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə bənzədərdim”.

Yusif Səmədzadə

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv