!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtidar-müxalifət DİALOQU: "Düşmənçilikdən, söyüş ritorikasından qaçmalıyıq" - Partiya sədri

!Reklam – Yazi

“Hakimiyyətlə müxalifət tərcüməçi dili ilə danışmamalıdır. Ölkə daxilində bir-biri ilə danışmalıdır”.

Bunu iqtidar müxalifət dialoquna gedən partiyalara qarşı aqressiyaya münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, prosesin gec başlamasında həm iqtidarın, həm də müxalifətin günahı var:

“Cəmiyyətdə ümumi bir aqressiya var. Uzun müddət cəmiyyət bölünmüş formada olub. Bir tərəfdə müxalifətin radikal hissəsi, onların əlində maliyyə və qəzetlər olub. Uzun müddət beləcə iqtidar-müxalifət düşmənçilik şəraitində yaşayıb. Xarici qüvvələr vasitəçi kimi çıxış ediblər. İndi də sosial şəbəkə bir növ qaraguruhun nəzarətindədir. Hamı hamını aşağılayır, söyür, təhqir edir. Azərbaycandakı mübarizə üsullarını dəyişməliyik. Sivil mübarizə üsulları olmalıdır. Düşmənçilikdən, söyüş ritorikasından qaçmalıyıq. Burada əsas günahkar iqtidar və radikal qüvvələrdir. Hakimiyyətin günahı odur ki, müxalif düşərgəni sıradan çıxarmaq üçün siyasət aparılıb. Müxalifət təşkilatları zəifləyib. Bundan sonra ayrı söyüş söyən müxalifət yaranıb. Media da eynən. Mətbuat da sıradan çıxarılanda söyüş mediası ortaya çıxacaq. Təəssüflər ki, hələ də bu tendensiya davam edir”.

Səxavət Məmməd

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv